30 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun iclası keçirilmişdir. İclas çərçivəsində bank sektorunda tətbiq olunan mövcud və yeni regulyativ tələbləri geniş müzakirə edilmiş, xüsusilə korporativ idarəetmə standartlarında baş verən dəyişikliklər və ekoloji, sosial və idarəetmə (ESG) istiqamətində daxili audit funksiyasının rolu ətrafında fikir mübadiləsi […]
2 fevral 2026-cı il tarixində Ani Ödənişlər Sisteminə (AÖS) keçidlə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) Komplayens Ekspert Qrupu, Azərbaycan Mərkəzi Bankı və Maliyyə Monitorinq Xidmətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı AÖS çərçivəsində həyata keçirilən əməliyyatlar üzrə komplayens və identifikasiya tələbləri, banklararası məlumat mübadiləsi, hesabatlılıq məsələləri, eləcə də C2C (kartdan karta) və TOP UP […]
27 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayens Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı bank sektorunda komplayens tələblərinin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub. Xüsusilə, ödəmə terminalları vasitəsilə həyata keçirilən əməliyyatlarda məbləğ 500 manatdan yuxarı olduqda müştərinin eyniləşdirilməsi tələbləri ətrafında fikir mübadiləsi aparılıb, mövcud praktiki yanaşmalar və risklər […]
28 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclas çərçivəsində bank sektorunda risklərin idarə edilməsi sahəsində mövcud prioritetlər və tənzimləyici tələblər ətrafında geniş müzakirələr aparılmışdır. Xüsusilə kredit məlumatlarının Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülməsi üzrə icra mexanizmləri, risk insidentlərinin vahid platforma üzərindən idarə olunması, habelə […]
1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.