Xəbərlər

Müddət

Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının fiziki şəxslərin problemli kreditləri ilə bağlı birgə Açıqlaması

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılmışdır.    Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və […]

Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə əsasən KOBİA, Maliyyə Bazarlarına […]

“Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib

15 aprel 2019-cu il tarixində “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. İclasda Müşahidə Şurasının aidiyyatı şəxslərlə əqdlərə dair qərarları, aktivlərin təsnifləşdiirlməsi və kreditləşmə üzrə yeni qaydalardan irəli gələn bir sıra vacib məqamlar haqqında geniş müzakirələr edilmiş və önəmli fikirlər səslənmişdir. Ekspert Qrupu ölkədə nağdsız hesablaşmaların inkişafı və şəffaflığın artırılması istiqamətində görülən mühüm […]

Türkiyə Banklararası Kart Mərkəzinin təhlükəsizliklə bağlı həftəlik icmalı

Azərbaycan Banklar Assosiasiyası Türkiyə Banklararası Kart Mərkəzi tərəfindən hazırlanmış həftəlik icmalı təqdim edir. Müvafiq keçidə daxil olaraq daha ətraflı məlumat ala bilərsiniz: 1.Skandal: Amazon çalışanları, Alexa ses kayıtlarını dinliyormuş! 2. Bir sigorta şirketi daha NotPetya zararını ödemeyi reddetti 3. Hackerlar Binlerce FBI ve Amerikan Polisinin Kişisel Verilerini Hackledi ve Yayınladı 4. Apache Açığı Paylaşımlı Web Sunucularını Tehdit Ediyor […]

Lotereyanın 2-ci tirajının qalibləri bəlli olub

“Kartla ödə, kartla qazan” stimullaşdırıcı lotereyasının II tirajının qalibləri bəlli olub. Qaliblərinin siyahısını keçid vasitəsilə öyrənə bilərsiniz. Qeyd edək ki, lotereya rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə  Mərkəzi Bank tərəfindən keçirilir.

MÜDDƏT