Xəbərlər

Müddət

III Beynəlxalq Bankçılıq Forumu keçirilib-FOTO-VİDEO

15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilib. Sayca üçüncüsü baş tutan Forumda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-dən çox beynəlxalq təşkilatların […]

“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşü keçirilib. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarlarına Nəzarət Departamentinin Direktoru Cavid Nəzərov və departamentin digər əməkdaşları, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak […]

ABA-nın “Marketinq və PR” üzrə Ekspert Qrupunun görüşü keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR” üzrə Ekspert Qrupunun növbəti görüşü baş tutub. Görüş Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında keçirilib. Görüşün əsas məqsədi maliyyə savadlığı sahəsində banklarla əməkdaşlığın artırılması, bu sahədə auditoriyanın genişlənməsinə bankların tövsiyələrinin verilməsi olub. Belə ki, görüş zamanı AMB tərəfindən yaradılmış […]

Mərkəzi Bankda III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müzakirələr aparılıb

Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin 15-16 noyabr tarixlərində keçiriləcək“Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid”adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilib. Görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilmiş, forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilib. Qeyd edək ki, forumun […]

MÜDDƏT