Xəbərlər

Müddət

Bankların Marketinq və PR nümayəndələri və Mərkəzi Bank nümayəndələri arasında görüş keçirilib

11 avqust 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu və Qrup üzvü olmayan digər bankların nümayəndələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında görüş keçirilib. Görüşün məqsədi əhalinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə cari ildə Mərkəzi Bank tərəfindən təşkil edilməsi nəzərdə tutulan stimullaşdırıcı lotoreyanın şərtlərinin bank nümayəndələrinin diqqətinə çatdırılması olub. […]

ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupunun növbəti iclası keçirilib

11 sentyabr tarixində Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupunun növbəti iclası keçirilib. BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydalar”na son dəyişikliklər müzakirə edilmişdir. Aparılan müzakirələrdə qaydalara edilən dəyişikliklərin ölkədə ödəniş kartları […]

Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

06 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. BBN.az xəbər verir ki, iclasda Respublikada fəaliyyət göstərən Bankların qrupa üzv olan nümayəndələri iştirak edib. İclasda banklara dair yeni tələblərin, hesabatların və digər AML və Komplayns məsələlərinin müzakirəsi aparılıb. Sonda aparılan müzakirələrə dair iş planının tərtib edilməsi qərara alınıb.

HR Forum keçiriləcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Cəmiyyəti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), ADA Universitetinin dəstəyi ilə “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda HR Forum keçiriləcəkdir. Forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl […]

ABA-nın Qrup sədri Aydın Hüseynovun məqaləsi elmi jurnalda dərc olunub

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynov-un “Interest Rate Risk Stemming from Liquidity Risk, Gap and Duration Analysis in Banks” adlı məqaləsi “Journal of Contemporary Applied Mathematics” elmi jurnalında dərc olunub. BBN.az xəbər verir ki, məqalədə, Banklarda Likvidlik Riskinin Yaratdığı Faiz Riski, Gap və Durasiya […]

MÜDDƏT