Xəbərlər

Müddət

“Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

25 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir. Görüşdə kredit sığorta məhsulları ilə əlaqədar müzakirələr aparılmışdır. Əlavə edək ki, 08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə […]

Biznes kreditləşməsi və təhlili üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Bankalar Birliyinin dəstəyi ilə 14-15 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların biznes kreditləşməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. 13 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların bu […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

22 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. Görüşdə daxili audit funksiyasının kənar audit tərəfindən qiymətləndirilməsi istiqamətində görülmüş işlər, banklarda korporativ idarəetmə standartlarının daxili audit funksiyası üzrə tövsiyələrin icrası, ESG risklərinin idarə edilməsində daxili audit funksiyasının rolu və bankların bu istiqamətdə götürdüyü […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin İtaliya Respublikasına rəsmi səfəri baş tutmuşdur – Foto

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin 5-8 noyabr 2024-cü il tarixlərində rəqəmsal ödəniş ekosistemi sahəsində qabaqcıl tendensiyaların izlənilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İtaliya Respublikasının Roma və Milan şəhərlərinə rəsmi səfəri baş […]

COP29-da nəzarət şuralarının iqlim fəaliyyətindəki rolu mövzusunda tədbir təşkil edilmişdir

18 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Board Directors as Climate Stewards – Charting a Path to Adaptation” adlı tədbir keçirilmişdir. Bankların aidiyyəti sahə üzrə rəhbər şəxslərinin də iştirak etdiyi tədbirdə […]

MÜDDƏT