Xəbərlər

Müddət

Banklararası şahmat turnirinin qalibləri bəlli olub

14-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb. BBN.az xəbər verir ki, Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” […]

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçiriləcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək. BBN.az xəbər verir ki, yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları […]

ABA tərəfindən Azərbaycanda ilk Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək

17-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda forum keçiriləcək. BBN.az xəbər verir ki, Forumda IT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri: Avropa Banklar Federasiyası – Maliyyə bazarları siyasətləri üzrə məsləhətçi, Blokçeyn qrupunun rəhbəri Daniele De Gennaro; “Nyu York Mellon Bankı”- İnkişaf etməkdə olan bizneslər […]

Azərbaycan Banklar Assosiasiyası və “Azərbaycan Beynəlxalq Bankı”nın dəstəyi ilə “İnsan Kapitalı Forumu – 2018” keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə Bakıda “İnsan Kapitalı Forumu – 2018”  keçirilib. Tədbirdə ölkəmizdəki maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak ediblər. Açılış nitqi zamanı ABA-nın prezidenti Zakir […]

Vergilər Nazirliyi ilə sahibkarlar arasında görüş keçirilib

Mayın 3-də Vergilər Nazirliyi ilə sahibkarlar arasında görüş keçirilib. BBN.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüş Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikası Sahibklarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə baş tutub. Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev və ABA-nın digər nümayəndələri, ASK-a daxil olan iri istehsal müəssisələrinin üzvləri, […]

MÜDDƏT