Xəbərlər

Müddət

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin təqdimatı keçirilib

19 aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, bankların, habelə xidmət mərkəzlərinin nümayəndələri iştirak ediblər. BBN.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə iştirakçıların qanun layihəsinə dair çoxsaylı sualları cavablandırılaraq […]

ABA nəznində yeni Ekspert Qrupunun yaradılması üzrə iclas keçirilib

17 aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılacaq “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” yeni Ekspert Qrupunun formalaşdırılması üzrə iclas keçirilib. İclasda Ekspet Qrupunun   fəaliyyətinin əhatə edəcəyi sahələr, qarşısında duran məsələlər və onların həlli imkanlarından danışılıb. Qrupun fəaliyyəti əsasən aşağıdakı istiqamətləri əhatə edəcək: -Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların […]

Maliyyə sektorunun nümayəndələri üçün seminar keçirilib

Maliyyə sektorunun nümayəndələri üçün seminar keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “VİSA İnc.” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində növbəti seminar keçirilib. BBN.az xəbər verir ki,  “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin […]

ABA-nın “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib

13 aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasına dair məsələlər müzakirə edilib. Həmçinin, iclas zamanı “NBC […]

ABA-nın Ekspert Qrupunun sədri II Maliyyə və İnvestisiya Forumunda çıxış edəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynov II Maliyyə və İnvestisiya Forumunda spiker qismində çıxış edəcəkdir. BBN.az xəbər verir ki, Aydın Hüseynov Forumun “Maliyyələşmə Strategyaları” adlı III Panelində öz təcrübə və biliklərini bölüşəcək. Qeyd edək ki, Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası […]

MÜDDƏT