Xəbərlər

Müddət

“HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib

29 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib. İclasda “HR Konfransı”n mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub. Müzakirələr nəticəsində konfransın 1 gün, yəni 4 may 2018-ci il tarixində keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın adının seçilməsi, mövzuların son […]

ABA-nın prezidenti “MasterCard Worldwide”ın nümayəndələri ilə görüşüb

28 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın İcraçı direktoru Yunus Abdulov, MasterCardın Azərbaycan üzrə ölkə meneceri Alper Meriç  və MasterCardın Azərbaycandakı təmsilçisi Emil Zeynalov iştirak edib. Görüş zamanı ABA ilə “MasterCard Worldwide” arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilmiş layihələr və […]

“İnsan resursları departamenti”nin rəhbərləri üçün səhər yeməyi təşkil edilib

14 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı ilə bankların “İnsan resursları departamenti”nin rəhbərləri üçün səhər yeməyi təşkil edilib. Səhər yeməyi zamanı ABTC-nin rəhbəri Cavanşir Abdullayev “Hazırki dövrdə işçi heyəti ilə işləməyin xüsusiyyətləri” adlı təqdimatla çıxış edib. C.Abdullayev təqdimat zamanı bankların hazırki dövrdə işçi strategiyalarından, insan resursları […]

“SWIFT service bureau”nun direktoru ilə bankların nümayəndələri arasında görüş keçirilib

14 mart 2018-ci il tarixində Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bir sıra bankların nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın İcraçı direktoru Yunus Abdulov, Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının […]

ABA ilə “SWIFT service bureau”nun direktoru arasında görüş keçirilib

13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru Nikoloz Tutberidze arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd “SWIFT Service Bureau” layihəsinin təqdimatı olub. Layihə ilə əlaqədar fikir mübadiləsi aparılıb, rəy və təkliflər müzakirə olunub. Görüşdə […]

MÜDDƏT