Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında görüş olub

28 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli ilə görüşüb. Görüş zamanı Assosiasiyalar arası əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər, eyni zamanda Assosiasiyaların ekspert qrupları arasında əməkdaşlıq imkanları müzakirə edilib. Sonda maliyyə-bank sektorunda birgə araşdırmaların aparılması […]

ABA nümayəndələri “ATV Xəbər”ə müsahibə veriblər

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndəsi Elman Sadıqov və “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev ATV Xəbərə müsahibə veriblər. Elman Sadıqov banklarda kredit faizlərinin aşağı olması, Qorxmaz Ağayev isə kredit müqavilələrinin sadələşdirilməsi ilə bağlı danışıb.

“Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinin növbəti təlimi keçirilib

28 fevral 2018-cı il tarixində “Amrahbank” və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə növbəti təlim keçirilib. Növbəti təlim layihəsinə Odlar Yurdu Universitetinin tələbələri cəlb olunub. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirilib. “Banklarda kredit işi” mövzusunda keçirilən təlim tələbələri maraqlandıran suallarla başa çatıb. Sonda, bütün tələbələrə iştirak sertifikatı […]

“Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

23 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında ABA-nın nəzdində fəaliyyət gösətərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov və qrupa üzv olan digər bankların nümayəndələri iştirak edib. İclasda ödəniş kartı infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində cari vəziyyət və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin […]

Xocalı soyqırımından 26 il ötür…

Xocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri olub. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 […]

MÜDDƏT