Xəbərlər

Müddət

KOBİA yanında İctimai Şuranın fəaliyyətindən bir il ötür

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın birillik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib. Tədbirdə KOBİA-nın nümayəndələri, Agentlik yanında İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və assosiasiya rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə […]

Bakutel sərgisi 25 illik yubileyini qeyd edir!

Bu il 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və səbirsizliklə gözlənilən sərgilərindən biri – Azərbaycan Beynəlxalq “Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar” bakutel 2019 sərgisi öz 25 illik yubileyini təntənəli şəkildə qeyd edir. Bu əlamətdar hadisə ilə əlaqədar bakutel sərgisi tədbirin həm innovativliyini, həm də dinamikliyini əks etdirən yeni korporativ imic ilə ziyarətçilərə təqdim olunacaq. […]

“Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

22 noyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı Ekspert Qrupu tərəfindən hazırlanması planlaşdırılan “Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması” haqqında video barəsində müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını […]

“POS-terminallarla ödənişlərdə təşviq tədbirləri önəmlidir”-Elman Sadıqov

Nağdsız ödənişlərin həcminin artırılması və bu sistemin iştirakçısı olan tərəflərin stimullaşdırılması ilə bağlı “vergiler.az”ın suallarını bank-maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov cavablandırıb. – Elman müəllim, Azərbaycanda nağdsız ödənişlərin mövcud vəziyyətini rəqəmlərlə ifadə edəndə hansı mənzərənin şahidi oluruq? – 30 sentyabr 2019-cu il tarixə ölkədə əhaliyə xidmət göstərən bankomatların sayı 2.592, POS-terminalların sayı isə 64.777 ədəd […]

MÜDDƏT