Banklar tərəfindən 22 aprel 2019-cu il tarixindən etibarən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılacaq. Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” […]
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və […]
Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə əsasən KOBİA, Maliyyə Bazarlarına […]
15 aprel 2019-cu il tarixində “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. İclasda Müşahidə Şurasının aidiyyatı şəxslərlə əqdlərə dair qərarları, aktivlərin təsnifləşdiirlməsi və kreditləşmə üzrə yeni qaydalardan irəli gələn bir sıra vacib məqamlar haqqında geniş müzakirələr edilmiş və önəmli fikirlər səslənmişdir. Ekspert Qrupu ölkədə nağdsız hesablaşmaların inkişafı və şəffaflığın artırılması istiqamətində görülən mühüm […]
Azərbaycan Banklar Assosiasiyası Türkiyə Banklararası Kart Mərkəzi tərəfindən hazırlanmış həftəlik icmalı təqdim edir. Müvafiq keçidə daxil olaraq daha ətraflı məlumat ala bilərsiniz: 1.Skandal: Amazon çalışanları, Alexa ses kayıtlarını dinliyormuş! 2. Bir sigorta şirketi daha NotPetya zararını ödemeyi reddetti 3. Hackerlar Binlerce FBI ve Amerikan Polisinin Kişisel Verilerini Hackledi ve Yayınladı 4. Apache Açığı Paylaşımlı Web Sunucularını Tehdit Ediyor […]