Xəbərlər

Müddət

Mərkəzi Bankda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilmişdir – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankı vaxtaşırı olaraq səlahiyyəti daxilində öz nəzarətində olan subyektlərlə görüşlər keçirir və maliyyə xidmətləri istehlakçılarına və investorlarına göstərilən xidmət səviyyəsinin artırılması məqsədi ilə onlarla birlikdə müzakirələr aparır. Belə görüşlər silsiləsi 2023-cü ilin dekabr ayında da həyata keçirilmişdir. Belə ki, 18 dekabr 2023-cü il tarixində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinin, o cümlədən kredit […]

ABA-nın prezidenti Zakir Nuriyev beynəlxalq elmi konfransda çıxış edib

15-16 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhditlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edib. Konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin […]

ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başlamışdır – Foto

Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 19-21 dekabr 2023-cü il tarixlərində ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başlamışdır. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış […]

ABA-nın Ekspert Qrupunun sədri Vergi Məcəlləsinə gözlənilən dəyişikliyi şərh edib

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda vətəndaşların banka qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması prosesi həyata keçiriləcək. Bundan öncə banklardakı əmanətlərdən gələn aylıq faiz gəlirləri 10 faiz həcmində vergiyə cəlb edilirdi. Mövzu ilə bağlı olaraq Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev Kaspi.az nəşrinə […]

FİNTEX SAMMİT İSTANBUL 2023 TƏDBİRİ BAŞA ÇATDI

Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri başa çatıb. Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçirilmişdir. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” olmuşdur. Ümumilikdə tədbirə iki gün ərzində 150-ə yaxın şirkət, […]

MÜDDƏT