Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin yaranmasından 29 il ötür. ABA-nın hazırda 33 üzvü vardır: 29 bank, 3 bank olmayan kredit təşkilatı və 1 kart prossesinq mərkəzi. Assosiyasianın qurulmasındakı əsas məqsəd üzv-təşkilatların birgə korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn işlərin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış elektron portalın təqdimatı baş tutub. Problemli kreditlərlə bağlı Portalın təqdimatını keçidə daxil olaraq izləyə bilərsiniz.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” haqqında danışıb. Videonu diqqətinizə çatdırırıq.
Sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaq məqsədilə Azərbaycan Banklar Assosiasiyası Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə “Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirib. […]