Xəbərlər

Müddət

“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclas zamanı bank qarantiyalarının uçotun aparılması və qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyaya xitam verilməsi, tələblərin ödənilməsi proseduru, vergi şərtləri və s. bu kimi məsələlər müzakirə edilib. Əsas müzakirə olunan məsələlərdən biri də vahid “Bank qarantiyalar üzrə qaydalar”ın mövcud […]

ABA tərəfindən banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 26 oktyabr 2018-ci il tarixində ABA tərəfindən “Nə? Harada? Nə zaman?” çempionatının keçirilməsi nəzərdə tutulub. Yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır. Yarışın qalib komandaları mükafatlandırılacaq. Xatırladaq ki, ABA tərəfindən təşkil olunan banklararası “Nə? Harada? Nə zaman?” çempionatı artıq 3 ildir ki, keçirilir. […]

İqtisadiyyat və jurnalistika tələbələri üçün praktiki təlim təşkil olunub

13 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilati dəstəyi ilə praktiki təlim təşkil olunub. Tədbir “Məsuliyyətli borclanma” mövzusunda keçirilən məqalə müsabiqəsi çərçivəsində baş tutub. Praktiki təlimdə tələbələrə“Hər bir jurnalist bunu bilməlidir” və “Məsuliyyətli borclanma” mövzusunda peşəkarlar tərəfindən təqdimatlar  edilib. Həmçinin […]

Agent bankçılıq perspektivləri mövzusunda banklarla görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Tədbirdə bu prioritet hədəf üzrə əsas icraçı orqan olan Palata tərəfindən […]

“Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun iclası keçirilib

10 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasda banklarda gender balansı üzrə keçirilmiş sorğunun nəticələri müzakirə olunub. Həmçinin növbəti illərdə də müqayisə üçün bu cür sorğuların keçirilməsi nəzərdə tutulub. Ekspert Qrupunun görüşü zamanı həmçinin Qrupun üzvləri işçi məmnunluğu sahəsində də öz təcrübələrini bölüşüblər. Qeyd […]

MÜDDƏT