30 may 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Qırğızıstanın Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının V iclasında iştirak etmişdir. “Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2025 – İnnovasiyalar, dayanıqlı inkişaf və rəqəmsal transformasiya: maliyyə ekosisteminin gələcəyi” adlı forum çərcivəsində baş tutmuş iclasda Azərbaycan Banklar Assosiasiyasının (ABA) […]
30 may 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2025 – İnnovasiyalar, dayanıqlı inkişaf və rəqəmsal transformasiya: maliyyə ekosisteminin gələcəyi” adlı forumda iştirak etmişdir. Forumunda açılış nitqində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbir iştirakçılaına regionda bank-maliyyə sektorunun inteqrasiyası, innovativ […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) və beynəlxalq ödəniş texnologiyaları şirkəti “Visa Inc.” birgə təşkilatçılığı ilə 24-25 may 2025-ci il tarixlərində Şəki şəhərindəki “Marxal Hotel Sheki” mehmanxanasında komanda quruculuğu tədbiri təşkil olunmuşdur. Tədbirin əsas məqsədi rəqəmsal ödənişlər sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə imkanlarının müzakirəsi və iştirakçılar arasında komanda ruhunun inkişaf etdirilməsi olmuşdur. Tədbir zamanı […]
19–23 may 2025-ci il tarixlərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə keçirilən “Bank Uyğunluğunun və Maliyyə Bütövlüyünün Təkmilləşdirilməsi” adlı İkinci Bankçılıq Missiyası uğurla başa çatıb. ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələrinin də iştirakı ilə baş tutmuş ikinci bankçılıq missiyasının əsas məqsədi ABŞ ilə tənzimləyici əməkdaşlığın gücləndirilməsi və […]
21-23 may 2025-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illik ildönümünə həsr olunmuş banklararası şahmat çempionatı başa çatmışdır. Nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlmişdir. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Expressbank” ASC qərarlaşmışdır. Banklararası şahmat çempionatında […]