Xəbərlər

Müddət

ABA-nın Ekspert Qrupları və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında görüş keçirilib – Foto

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”, “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”, “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun bəzi üzvlərinin və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında görüş keçirilib. Görüş çərçivəsində ABA-nın icraçı direktoru Yunus Abdulov və […]

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclasları keçirilmişdir

23-24 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclasları keçirilmişdir. İclaslar çərçivəsində turizm sahəsində rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, POS-terminal infrastrukturundan istifadə effektivliyinin yüksəldilməsi, təsərrüfat subyetlərində Ani Ödənişlər Sistemi üzərindən QR-kod əsasında aparılan ödənişlərdə interçeync xidmət haqlarının tətbiqi və […]

ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır – Foto

Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə 22-24 noyabr 2023-cü il tarixində ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə […]

“Treasury Risk Management” mövzusunda vebinar keçirilmişdir

21 noyabr 2023-cü il tarixində gün ərzində davam edən “Treasury Risk Management” mövzusunda vebinar keçirilmişdir. Tədbir 13 iyun 2023-cü il tarixində Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası çərçivəsində üzv ölkələrin bankları üçün təlimlərin keçirilməsi ilə əlaqədar verilmiş qərara əsasən təşkil edilmişdir. Vebinar treyninq və performansın inkişafı üzrə məsləhətçi professor Murat Akkaya tərəfindən aparılmışdır. […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”ndan formalaşdırılmış işçi qrupun ilk iclası keçirilib

22 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu” üzvlərindən formalaşdırılmış “İşçi qrup”un Yapı Kredi Bank Azərbaycanın ofisində ilk görüşü keçirilib. Görüşdə “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılıb. Müzakirə nəticəsində ƏL/TM […]

MÜDDƏT