11 sentyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə görüş keçirilib. Görüşdə MBNP-nın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov, Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov, Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir […]
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Banklar Assosiasiyasına (ABA) ünvanlanmış “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə dair banklardan daxil olmuş təkliflər müzakirə olunub. İclasda ABA-nın İcraçı direktoru Yunus Abdulov, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev, “ÇPY və Terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun sədri […]
5 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) Makroiqtisadi Dəstək Proqramının məsul şəxsi Reto Weyerman və İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz regionu üzrə direktor müavini Simone Haeberli ilə görüşüb. Görüşdə Azərbaycanda bank sektorunun hazırki durumu, ABA-nın fəaliyyəti və onun bank sektorundakı […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan Bank Ombudsmanının rəsmi internet səhifəsi fəaliyyətə başlamışdır. Bank Ombudsmanının rəsmi internet səhifəsinə www.bankombudsman.azünvanından daxil ola bilərsiniz. Qeyd edək ki, sayt vasitəsilə Bank Ombudsmanının əsasnaməsi, reqlamenti və müraciət qaydaları ilə tanış olmaq mümkündür. Eyni zamanda, saytda bank və müştəri arasında yaranan və Bank Ombudsmanının reqlamentinə daxil olan problemli məsələlərlə bağlı elektron müraciət imkanı yaradılmışdır. […]
“Bu gün müzakirədə olan əsas 3 qayda var.” Bu sözləri “Banklar və Biznes” Qəzetinin (BBN.az) “Sədrlə müsahibə” rubrikasının qonağı Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunu tənzimləyən normativ aktlara dəyişiklik etməsindən danışan Zakir Kazımov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatsının […]