15 avqust 2017-ci il tarixində prudensial qaydaların müzakirəsinə dair Azərbaycan Banklar Assosiasiyası ( ABA) ilə banklar arasında görüş keçirilib. Görüş zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları” və “Banklarda […]
9 avqust 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub. “İpoteka haqqnda” […]
27 iyul 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu üzvlərinin görüşü baş tutub. Görüşdə MCC (Merchant Category Code) kodların siyahısının yenilənməsi məsələsinə baxılıb. Xatırladaq ki, ABA ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən bu kodların siyahısı rüblük olaraq yenilənib Nazirliyə göndərilməlidir.
25 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov və “ÇPY […]
22 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin effektivliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir həyata keçirilmişdir. “Andrew’s Ties”, “Ballı” və “Resm” şirkətlərinin partnyorluğu ilə “Bilgah Beach Hotel”də həyata keçirilən tədbirdə ABA-ya üzv təşkilatların və sıx əməkdaşlıq etdiyi əlaqədar qurumların orta və yuxarı menecmentindən olan 130-a yaxın iştirakçı üçün “İş […]