Xəbərlər

Müddət

Vergilər Nazirliyinin və bankların nümayəndələri arasında görüş keçirilib

20 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların nümayəndələri üçün Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri arasında görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri […]

“Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilib

20 iyul 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilmişdir. İclasda Azərbaycan Banklar Assossiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov, Mərkəzi Bankın Ödəniş Sistemlərinin İnkişaf Siyasətinin Hazırlanması Şöbəsinin rəhbəri Ramil Mahmudov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarət Sektorunun rəhbəri Tamerlan Rüstəmov, […]

Bankların “Valyuta tənzimi haqqında” Qanunla bağlı təkliflərinə baxılıb

13 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Valyuta tənzimi haqqında” Qanun və Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair üzvlərin rəy və təkliflərinə baxılıb. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və  ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və “Daxili audit, mühasibat […]

ABA-nın rəhbərliyi İsveçrə Milli Bankının sədri ilə görüşüb

13 iyul  2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının preidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdulov İsveçrə Milli Bankının sədri Tomas Yordanın başçılıq etdiyi nümayəndə heyəti və İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler ilə görüşüblər. İsveçrə səfirinin iqamətgahında baş tutan görüş gələcək əməkdaşlıq üçün  ilkin əlaqələrin qurulması məqsədi daşıyıb. Həmçinin görüşdə nümayəndə heyətinin üzvlərinə ölkədə […]

ABA Rəyasət Heyətinin iclası keçirilib

11 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasın əsas məqsədi bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair  verilmiş təkliflərin müzakirəsi və qiymətləndirilməsi olub. ABA-ya üzv olan banklar tərəfindən hazırlanan təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, eləcə də maliyyə bazarlarının fəaliyyətinin, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar olub. Real sektorun […]

MÜDDƏT