Xəbərlər

Müddət

ABA-nın İcraçı direktoru Dünya Bankının nümayəndəsi ilə görüşüb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcra Aparatının rəhbərliyi ilə Dünya Bankının nümayəndəsi arasında görüş keçirilib. ABA-nın mənzil-qərargahında baş tutan görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov və İcra Aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Dünya Bankından maliyyə və bazarlar üzrə məsləhətçi Michael J.Fuchs iştirak ediblər. Qeyd edək ki, görüşdə Azərbaycanda bank sektorunun və maliyyə bazarlarının cari vəziyyəti, sektorda […]

ABA, MBNP və Vergilər Nazirliyinin rəhbərliyi arasında görüş keçirilib

14 iyun 2017-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Vergilər Nazirliyinin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi, eləcə də ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib. İlk olaraq, görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklərin bank-müştəri münasibətləri ilə əlaqədar olan hissəsi müzakirə edilib. […]

ABA-nın rəhbərliyi “Ernst&Young” şirkətinin nümayəndələri ilə görüşüb

14 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin “Ernst&Young” şirkətinin nümayəndələri ilə görüşü baş tutub. Görüşdə  ABA-nın İcraçı direktoru Yunus Abdulov,  “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, “Ernst&Young” şirkətinin Zəmanət Xidmətləri partnyoru Turqay Teymurov və Vergi və Hüquq xidmətləri üzrə baş menecer Ülvi Yusifov […]

Bankların İnsan Resursları departamentlərinin rəhbərləri görüşüb

13 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların İnsan Resursları departamentlərinin rəhbərləri və “HayGroup” şirkətinin nümayəndələri arasında əməkhaqqı sorğusu ilə bağlı növbəti görüş keçirilib. Görüşdə sorğunun tərkibi ilə bağlı “HayGroup” şirkətinin verdiyi təklif ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, sorğunun keçirilməsi ilə bağlı qərar ABA-nın Rəyasət Heyətinin son iclasında verilmişdi. […]

“Bank sektorunda əməkhaqqı trendləri izlənəcək”

13 iyun 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov “HayGroup”un rəhbərliyi ilə görüşüb. Görüşün məqsədi  “Əməkhaqqı Sorğusu” Layihəsi ilə bağlı ümumi məsələlərin müzakirəsi  olub. Görüş zamanı Zakir Nuriyev bildirib ki, bu sorğu ABA üzvlərinə bank sektorunda formalaşan əməkhaqqı trendlərini izləməkdə köməklik göstərəcək. Həmçinin əməkhaqqı sorğusu həmin trendlərə […]

MÜDDƏT