14 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin “Ernst&Young” şirkətinin nümayəndələri ilə görüşü baş tutub. Görüşdə ABA-nın İcraçı direktoru Yunus Abdulov, “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, “Ernst&Young” şirkətinin Zəmanət Xidmətləri partnyoru Turqay Teymurov və Vergi və Hüquq xidmətləri üzrə baş menecer Ülvi Yusifov […]
13 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların İnsan Resursları departamentlərinin rəhbərləri və “HayGroup” şirkətinin nümayəndələri arasında əməkhaqqı sorğusu ilə bağlı növbəti görüş keçirilib. Görüşdə sorğunun tərkibi ilə bağlı “HayGroup” şirkətinin verdiyi təklif ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, sorğunun keçirilməsi ilə bağlı qərar ABA-nın Rəyasət Heyətinin son iclasında verilmişdi. […]
13 iyun 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov “HayGroup”un rəhbərliyi ilə görüşüb. Görüşün məqsədi “Əməkhaqqı Sorğusu” Layihəsi ilə bağlı ümumi məsələlərin müzakirəsi olub. Görüş zamanı Zakir Nuriyev bildirib ki, bu sorğu ABA üzvlərinə bank sektorunda formalaşan əməkhaqqı trendlərini izləməkdə köməklik göstərəcək. Həmçinin əməkhaqqı sorğusu həmin trendlərə […]
ABA-nın Kredit işi və risk üzrə Ekspert qrupunun sədri Tariyel İsmayılov SECO-nun eksperti Bob Ley ilə görüşüb. Görüşdə Kredit Zəmanət Mexanizmi, Azərbaycanda kredit sistemi, faiz dərəcələri müzakirə edilib. Xatırladaq ki, Kredit Zəmanət Mexanizmi kiçik və orta sahibkarların ala biləcəyi maliyyə məhsuludur. Bu zəmanət borcalan öhdəliyini ödəmədiyi təqdirdə kreditin hamısını və ya bir qismini ödəməyi öhdəsinə götürür. […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Yaponiya səfirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın icraçı direktoru Yunus Abdulov, Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev və Bank Ombudsmanı İkram Kərimov, həmçinin Yaponiyanın Azərbaycandakı səfirin birinci müavini Tohoşiro Katagiri və Səfirliyin nümayəndələri Kenji Ashida, Ayan Musayeva iştirak ediblər. Görüşdə hazırda Azərbaycan […]