14 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların sədrləri arasında növbəti görüş keçirilmişdir. Görüşdə bank-maliyyə sektorunun hazırkı vəziyyəti, mövcud çağırışlar və həlli yolları ilə əlaqədar fikir mübadiləsi aparılmış, bankların təklifləri dinlənilmişdir. Sektor üzrə mövcud trendlər haqqında danışan Rüfət Aslanlı çıxışı […]
14 mart 2017-ci il tarixində Mərkəzi Bankın təşəbbüsü, Azərbaycan Banklar Assosiasiyasının, “Amrahbank” ASC, “Expressbank” ASC, “Atabank” ASC və “Bakı Sıgorta” ASC–nin iştirakı ilə əhaliyə Park Bulvar ticarət və əyləncə mərkəzində “Novruz xonçası” adlı maarifləndirici təbliğat xarakterlı tədbir keçirilmişdir. Tədbir ərzində maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınması təbliğ olunmuş, bank və sığorta məhsulları haqqında, […]
7 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri arasında MBNP tərəfindən hazırlanmış yeni prudensial normaların layihələrinin müzakirəsi ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev Palata tərəfindən yeni qaydaların formalaşdırılması zamanı banklarların mövqeyinin öyrənilməsi, banklar tərəfindən irəli sürülən təkliflərin müzakirə edilməsi məqsədi ilə bu […]
3 mart 2017-ci tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib. Yeni qaydalara əsasən, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə Palata nəzarət edəcəkdir. Bundan irəli […]
“Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tətbiqinin xaricdə ödəniş kartları ilə edilən əməliyyatlarla əlaqəsi müzakirə edilib. BBN.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun 17 fevral 2017-ci il tarixində keçirilən iclasında bu məsələ ətrafında fikir mübadiləsi aparılıb. Sektor üzrə ekspert olan bank nüməyəndələrinin və […]