Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin sədri Ziyad Səmədzadə, sədr müavini Ağalar Vəliyev və üzvü İlham Əliyev qonaq qismində iştirak etmişdir. Görüşü giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev qlobal konyukturda baş verən proseslər və neftin qiymətinin kəskin enməsi fonunda Azərbaycan iqtisadiyyatının post-neft dövrünə daxil […]
Qrupun fəaliyyətinin koordinasiyasını ABA-nın Rəyasət Heyətində təmsil olunan “Bank Respublika” ASC öz üzərinə götürmüşdür. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvlərilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “Bank Respublika” ASC-nin Maliyyə departmentinin direktoru Ruslan Qasımova həvalə edilmişdir. İclasda daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq sahəsində mövcud təcrübələr, bankların qarşılaşdığı problemlər və digər […]
Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən 9 Ekspert Qrupundan 1-i olan “Tədris Strategiyaları, Maliyyə Savadlığı və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilmişdir. Tədbirdə “Böhran zamanı insan resurslarının idarə edilməsi” mövzusunda geniş fikir mübadiləsi aparılmışdır və Azərbaycan Bank Tədris Mərkəzinin direktoru cənab Cavanşir Abdullayev təqdimat etmişdir.
Forumda ABA-ya üzv bankların yuxarı menecmenti və AMB-nin rəhbər nümayəndələri bir ayara gəlmişlər. Tədbiri giriş nitqi ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açmış, məruzəçi qismində ABTM-in direktoru Cavanşir Abdullayev, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı çıxış etmişlər. Forumda “Qlobal iqtisadi konyuktura və Azərbaycan iqtisadiyyatı”, “Neft şokuna makroiqtisadi […]
Hüquqi məsələlər üzrə Ekspert Qrupu aparıcı Bankların hüquq siyasəti üzrə məsul şəxslərinin (hüquq üzrə sahə rəhbərləri və departament direktorlarının) məşvərət məclisidir. Qrupun yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank və maliyyə sektorunun qanunvercilik təşəbbüslərinin işlənib hazırlanması və bankların fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin müzakirə edilməsi və bu məsələlərin həlli təcrübəsinin ümumiləşdirilməsidir. Hüquqi […]