Xəbərlər

Müddət

ABA-nın icraçı direktoru Yunus Abdulov “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na” dair təlimdə çıxış edib

28 fevral 2023-cü il tarixində BMT-nin İnkişaf Proqramının Azərbaycanda Nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə dəstəyi ilə həyata keçirilən “İnkişafın maliyyələşdirilməsi” layihəsi çərçivəsində “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair seminar təşkil olunub. Seminarda bank sektorunu, beynəlxalq təşkilatları, özəl sektoru və aidiyyəti dövlət orqanlarını təmsil edən 50-dən […]

Azərbaycan Banklar Assosiasiyası və Sahibkarlığın İnkişafı Fondunun rəhbər nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv təşkilatlarının rəhbərləri ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev arasında 24 fevral 2023-cü il tarixində görüş keçirilib. Görüş zamanı, 2023-cü il üzrə SİF-in kreditləşmə siyasəti üzrə hədəfləri, sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı müraciətlərinə dair məsələlər müzakirə edilmiş və banklarda yaranan suallar cavablandırılmışdır. Qeyd edək ki, Azərbaycan […]

ABA-nın Ekspert qruplarının nümayəndələri arasında görüş keçirilib

24 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər” və “Mühasibat uçotu, vergi və hesabatlılıq” Ekspert qrupları nümayəndələri arasında görüş baş tutub. Görüş zamanı əmanətlər üzrə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması ilə əlaqədar vahid yanaşma məsələləri müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan […]

Dünya Bankının “İqlim Riskinin Qiymətləndirilməsi” ilə bağlı missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasında görüş keçirilib

15 fevral 2023-cü il tarixində Dünya Bankının “İqlim Riskinin Qiymətləndirilməsi” (Climate Risk Assessment) ilə bağlı missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində görüş keçirilmişdir. Görüşdə ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri və digər bankların nümayəndələri, Dünya Bankının layihə koordinatoru Karina Baba, bankın iqlim və dayanıqlı maliyyə üzrə aparıcı məsləhətçisi olan Rodrigo Pereira Porto və […]

“Pilot özəl icra sisteminin qurulması” fəaliyyəti çərçivəsində ABA ilə görüş keçirilib

22 fevral 2023-ci il tarixində “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində icra olunmuş “Pilot özəl icra sisteminin qurulması” fəaliyyətinə dair Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə xarici məsləhətçilər arasında görüş keçirilmişdir. Görüşdə fəaliyyətin icrası məqsədilə Dünya Bankının European Management Solutıons Germany GmbH”/Almaniya (əsas məsləhətçi) və İcra Məmurlarının Beynəlxalq İttifaqı/Fransa şirkətlərinin konsorsiumundan ibarət olan […]

MÜDDƏT