Xəbərlər

Müddət

Zakir Nuriyev: “35 ildə əldə etdiyimiz nəticələr birgə əməkdaşlıq və davamlı inkişaf göstəricisidir”

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin yaradılmasından 35 il ötür. 1990-cı ildə kommersiya banklarının təsis etdiyi bu qurumun əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 22 bank, 2 bank olmayan kredit təşkilatı (BOKT), “Azərbaycan Kredit Bürosu” MMC (AKB), “Millikart” MMC prosessinq mərkəzi, Rəqəmsal […]

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib: “Hörmətli Zakir müəllim, Azərbaycan Banklar Assosiasiyasının 35 illik yubileyi münasibətilə Sizi və Assosiasiyanın bütün əməkdaşlarını şəxsən və Mərkəzi Bankın kollektivi adından səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Assosiasiyanın maliyyə sektoru və bankçılıq sahəsindəki əvəzsiz xidmətlərini, həmçinin Azərbaycan iqtisadiyyatının […]

Bank icması Azərbaycan Banklar Assosiasiyasının 35 illiyini qeyd edir

Bu gün ölkənin bank sektorunun birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35-ci, Azərbaycan Bank Maliyyə Tədris Mərkəzinin 25-ci ildönümünü qeyd edirik. Hazırda Assosiasiya 22 bank, 2 bank olmayan kredit təşkilatı və bank-maliyyə sektoru ilə əlaqədar 3 digər təşkilat olmaqla 27 üzvü birləşdirir. Assosiasiya üzvlərinin korporativ maraqlarını təmsil edən, onların dayanıqlı inkişafını dəstəkləyən və bank sektorunda […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

14 Mart 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn  iclası keçirilib. Görüşdə Daxili Audit funksiyasının kənar qiymətləndirilməsi, “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərin irəli gələrək Mərkəzi Banka təqdim ediləcək illik hesabat, o cümlədən ESG risklərinin idarə edilməsinin auditində əhatəlik, tətbiq edilməli yanaşmalar haqqında fikir mübadiləsi aparılmış […]

MÜDDƏT