Xəbərlər

Müddət

V BEYNƏLXALQ BANKÇILIQ FORUMU BAŞA ÇATIB

Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən ənənəvi “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilən “V Beynəlxalq Bankçılıq Forumu” uğurla başa çatıb. 08-09 dekabr 2021-ci […]

Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Aqrobiznesin İnkişafı Forumunda çıxış etmişdir

21-22 dekabr 2021-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Bakıda Aqrobiznesin İnkişafı Forumu keçirilmişdir. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin rəhbər şəxsləri, hər iki nazirliyin tabeli qurumlarının,  Dünya Bankının Azərbaycan nümayəndəliklərinin təmsilçiləri, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak […]

ABA ilə DƏDRX arasında görüş keçirilib

20 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) arasında onlayn görüş keçirilmişdir. Görüşdə Xidmətin rəhbər və məsul şəxsləri, ABA-nın nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri iştirak etmişdir. Görüşdə bankları maraqlandıran suallara cavab verilmiş, bankların daşınmaz əmlakın qeydiyyatı və balansa keçirilməsi zamanı qarşıya çıxan məsələlər […]

Azərbaycan Banklar Assosiasiyası və BƏƏ Banklar Federasiyası arasında görüş keçirilmişdir

9 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və BƏƏ Banklar Federasiyasının (Federasiya) baş direktoru Camal Saleh arasında onlayn görüş keçirilmişdir. Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə baş tutmuş görüş zamanı hər iki qurum öz fəaliyyəti və gördüyü işlər barədə məlumat vermiş, bank sektorunun cari vəziyyəti ilə əlaqədar fikir […]

“Müştəri təcrübəsində innovasiya. Müxtəlif seqmentlərin müştəriləri üçün oflayn rejimdə fərqləndirilmiş xidmətlərin həyata keçirilməsi” mövzusunda vebinar keçirilib

“V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində yan tədbirlərin həyata keçirilməsi davam etdirilir. Növbəti tədbirlərdən biri də Azərbaycan Banklar Assosiasiyası (ABA) və “IDNT” şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. 15 dekabr 2021-ci il tarixində keçirilən vebinar “Müştəri təcrübəsində innovasiya. Müxtəlif seqmentlərin müştəriləri üçün oflayn rejimdə fərqləndirilmiş xidmətlərin həyata keçirilməsi” mövzusunu əhatə etmişdir. Müvafiq bank əməkdaşları üçün nəzərdə […]

MÜDDƏT