Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Koreyaya rəsmi səfəri çərçivəsində son görüşünü ölkənin aparıcı rəqəmsal banklarından biri olan Toss Bank ilə keçirib. Toss Bank Cənubi Koreyanın tam rəqəmsal bankı olub, innovativ mobil bankçılıq və müştəri yönümlü maliyyə məhsulları ilə seçilir. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankını və […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Koreyaya səfər çərçivəsində ölkənin ən nüfuzlu maliyyə texnologiyaları platformalarından biri olan Korea Fintech Week 2025 tədbirində iştirak edib. Səfərin bu hissəsi Assosiasiyaya rəqəmsal maliyyə ekosistemi, innovativ ödəniş həlləri, süni intellekt əsaslı bank xidmətləri və qlobal fintech trendləri ilə yaxından tanış olmaq imkanı verib. Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı […]
26 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində növbəti – üçüncü görüşü Koreya Kredit Bürosu (KCIS) ilə keçirilib. Görüş zamanı Koreya Kredit Bürosunun prezidenti Yousam Choi ölkədə kredit məlumatlarının idarə edilməsi, məlumat mübadiləsi ekosistemi, risklərin qiymətləndirilməsi mexanizmləri və kredit bürosu xidmətlərinin inkişaf istiqamətləri üzrə geniş təqdimatla çıxış edib. KCIS nümayəndələri həmçinin […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində Koreya Mərkəzi Bankı (Bank of Korea) ilə görüş keçirilib. Görüş zamanı Koreya Mərkəzi Bankının Ödəniş və Hesablaşma Sistemləri Departamentinin Beynəlxalq Ödəniş Əməkdaşlığı Şöbəsinin rəhbəri Donghwee Kwon ölkənin monetar siyasəti, rəqəmsal ödəniş infrastrukturu, Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) ilə bağlı aparılan işlər və bank sektorunda tətbiq edilən […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti 26–28 noyabr 2025-ci il tarixlərində Koreyada səfərdədir. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfərin ilk günü ABA və Koreya Banklar Federasiyası (Korea Federation of Banks – KFB) arasında ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung tərəfindən bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma […]