Xəbərlər

Müddət

Sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması üçün 1 milyard manat ayrıldı

Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncamda bildirilir ki, son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni […]

Mərkəzi Bankın məlumatı: Bayram günlərində kommersiya banklarının fəaliyyəti məhdudlaşdırılacaq

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir. Bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Lakin ixrac və idxalın fasiləsizliyini […]

Nağdsız ödənişlərin COVİD-19 virusu ilə yoluxma təhlükəsini azaltmasına dair Azərbaycan Banklar Assosiasiyasının tövsiyələri

Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir. Bu səbədən, xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin […]

Mərkəzi Bankda vətəndaşların müraciətlərinin qəbulu rejiminə dəyişikliklər edilib

Azərbaycan Republikasının Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə 16.03.2020-ci il tarixində verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılmışdır. Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə […]

MÜDDƏT