Xəbərlər

Müddət

Xüsusi ehtiyat fondları ilə əlaqədar yeni qayda müzakirə edilib

12 oktyabr 2021-ci il tarixində Risklərin İdarə Edilməsi Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. Görüşdə “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” ilə əlaqədar bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu əməkdaşlığa start veriblər

11 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin […]

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 13.10.2021

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik. https://bilgiguvende.com/her-4-kisiden-3u-sifrelerini-bir-baskasi-ile-paylasiyor/ https://bilgiguvende.com/ddos-saldirilarinin-sikligi-ve-siddeti-endise-verici-boyutta-artiyor/ https://bilgiguvende.com/hibrit-calisma-ve-siber-guvenlik/ https://bilgiguvende.com/romantik-dolandiricilik-2021in-ilk-7-ayinda-133-milyon-dolara-mal-oldu/ https://bilgiguvende.com/bazi-oyun-ve-uygulamalarin-takip-ozelliginin-kapatilmasini-bazi-teknikler-ile-astigi-ortaya-cikti/

BAKIDA V BEYNƏLXALQ BANKÇILIQ FORUMU KEÇİRİLƏCƏK

ONSITE (Ənənəvi formatda) – V BEYNƏLXALQ BANKÇILIQ FORUMU (BBF) – 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək. “MasterCard” tərəfdaşlığı çərçivəsində 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək olan 5-ci BEYNƏLXALQ BANKÇILIQ FORUMUNU (BBF) təqdim etməkdən məmnunluq duyuruq. Tədbir sərgi zalı və sessiyaları ilə onsite keçiriləcək, bununla yanaşı onlayn təqdimatlar və onlayn iştirak imkanı da mövcud […]

ABA-nın “Kredit işi” Ekspert Qrupu, AMB və ASA nümayəndələri arasında görüş keçirilib

7 oktyabr 2021-ci il tarixində ABA-nın “Kredit işi” Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri və Azərbaycan Sığortaçılar Assosiasiyasının “Həyat” komitəsi arasında görüş keçirilmişdir. Görüş zamanı istehlak kreditlərinin sığortalanması, sığortalanmış müştərilər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl həyata keçirildiyi hallarda, sığortaçıya məlumat verilməməsi halları müzakirə edilmişdir.

MÜDDƏT