Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyasının bəyanatı

Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır. Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi […]

Maliyyə Savadlılığı ayı çərçivəsində “FinLit” adlı vebinar keçirilmişdir

31 oktyabr Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər təşkil edilmişdir. Bu tədbirlərdən çərçivəsində Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə 27 noyabr 2020-ci il tarixində “FinLit” adlı vebinar keçirilmişdir Vebinar çərçivəsində […]

“IT Audit and Information Security Compliance for Banks and other Financial Institutions” mövzusunda vebinar keçirilmişdir

Məlum olduğu kimi, son dövrlərdə İT audit və informasiya təhlükəsizliyi məsələləri daha da böyük əhəmiyyət qazanmışdır. Bununla əlaqədar olaraq, “Grant Thornton” şirkətinin dəstəyi ilə 25 noyabr 2020-ci il tarixində “IT Audit andInformation Security Compliance for Banks and other Financial Institutions” adlı vebinar keçirilmişdir. Təqdimat “Grant Thornton” şirkətinin nümayəndələri Glen Thomas və Avik Chandra tərəfindən keçirilmişdir. […]

KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.Onlayn iclasda növbəti iki il üçün Agentlik yanında İctimai Şuranın yeni üzvləri və sədri seçilib. İctimai Şurada təmsil olunan sahəvi assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə təşkil olunmuş iclasda Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov KOBİA yanında İctimai […]

“Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir

24 noyabr 2020-ci il tarixində “Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir. Məlum olduğu kimi, 31 oktyabr Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı və digər tərəfdaşların dəstəyi ilə ilə müxtəlif tədbirlər təşkil edilməkdədir. Bu […]

MÜDDƏT