Xəbərlər

Müddət

Kredit faizləri necə formalaşır? – Ekspert izah edir – VIDEO

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupunun üzvü Qərib Əhədov kredit faizlərinin formalaşması ilə bağlı BBN.az-a açıqlama verib. Video müsahibədə ekspert faizlərə təsir edən əsas amillər – inflyasiya, uçot dərəcəsi, bankların likvidliyi və risk dəyərləndirməsi barədə danışıb. Daha ətraflı  BBN YouTube kanalında izləyin:

ABA və ADB nümayəndə heyətləri arasında ixrac və maliyyə əməkdaşlığına dair görüş keçirilib

18 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti arasında görüş baş tutub. Görüş ADB tərəfindən həyata keçirilən “İxrac və Dəyər Zəncirinin Tədqiqi üzrə Texniki Yardım Məsləhətləşmə Missiyası” çərçivəsində təşkil edilib. Tədbirdə ABA-nın nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qruplarının nümayəndələri və Assosiasiyanın üzv banklarının təmsilçiləri iştirak ediblər. Müzakirələr […]

“Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib

16 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib. Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri çərçivəsində hazırlanmışdır. Bank sektorunda yeni fəaliyyətə başlayan […]

Azyaşlılar üçün rəqəmsal maliyyə savadlılığı: ‘Ömərin ödəniş kartı ilə tanışlığı’ hekayəsi

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən əhalinin müxtəlif təbəqələrinin rəqəmsal ödənişlər sahəsində maarifləndirilməsi, ictimaiyyətdə rəqəmsal ödənişlər üzrə fırıldaqçılıq əməliyyatlarına dair məlumatlılığın daha da artırılması istiqamətində aktiv fəaliyyət davam etdirilir. Növbəti uğurlu layihə olaraq ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”n rəhbəri Tamerlan Rüstəmov tərəfindən gələcək nəslin rəqəmsal ödənişlər haqqında daha bilikli […]

Likvidlik risklərinə yeni yanaşma – ABA eksperti şərh edir – VİDEO

Azərbaycan Mərkəzi Bankı “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na dəyişikliklər edib. Yenilənmiş qaydalar 1 avqust 2025-ci ildən qüvvəyə minəcək və banklarda likvidlik mövqelərinin daha dayanıqlı şəkildə formalaşdırılmasına yönəlib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupunun üzvü Məmməd Həsənov dəyişikliklərin mahiyyəti barədə açıqlama verib. Ekspert bildirib ki, bu addım bank sektorunun dayanıqlığını artıracaq və real iqtisadiyyatın maliyyələşdirilməsini […]

MÜDDƏT