Xəbərlər

Müddət

“IT Audit and Information Security Compliance for Banks and other Financial Institutions” mövzusunda vebinar keçirilmişdir

Məlum olduğu kimi, son dövrlərdə İT audit və informasiya təhlükəsizliyi məsələləri daha da böyük əhəmiyyət qazanmışdır. Bununla əlaqədar olaraq, “Grant Thornton” şirkətinin dəstəyi ilə 25 noyabr 2020-ci il tarixində “IT Audit andInformation Security Compliance for Banks and other Financial Institutions” adlı vebinar keçirilmişdir. Təqdimat “Grant Thornton” şirkətinin nümayəndələri Glen Thomas və Avik Chandra tərəfindən keçirilmişdir. […]

KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.Onlayn iclasda növbəti iki il üçün Agentlik yanında İctimai Şuranın yeni üzvləri və sədri seçilib. İctimai Şurada təmsil olunan sahəvi assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə təşkil olunmuş iclasda Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov KOBİA yanında İctimai […]

“Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir

24 noyabr 2020-ci il tarixində “Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir. Məlum olduğu kimi, 31 oktyabr Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı və digər tərəfdaşların dəstəyi ilə ilə müxtəlif tədbirlər təşkil edilməkdədir. Bu […]

ABTC sahibkarlıq subyekti olaraq fəaliyyət göstərmək istəyən hər bir vətəndaşa ödənişsiz xidmətlər təqdim edəcəkdir

Azərbaycan Banklar Assosiyasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində bankların mikro, kiçik və orta biznes nümayəndələrindən olan müştəriləri aşağıdakı təlimlərdə ödənişsiz olaraq iştirak edə bilərlər. № Təlimin mövzusu Tarix Saat Hədəf qrupu Təlimçi Toplam saat Format 1. Layihələrin Biznes Planlarının hazırlanması 24, 26, 30 noyabr; 28 noyabr 2020-ci il 10:00-12:0010:00-14:00 […]

ABA-ın Rəyasət Heyətinin iclası keçirilmişdir

17 noyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclas zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən Özünüməşğulluq Proqramının icra vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə bank xidmətləri […]

MÜDDƏT