19 may 2020-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün onlayn platforma üzərindən “Kənd təsərrüfatında dəyər zənciri maliyyələşməsi üzrə” vebinar keçirilmişdir. Bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün keçirilən vebinarda təqdimat IFC-nin Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliyi layihəsinin Maliyyə və Bankıçılıq üzrə eksperti Şamil Qədirov tərəfindən keçirilmişdir. […]
Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri üçün “Elektron Hərrac” sistemi haqqında məlumat verilmiş və “eherrac.gov.az” portalının təqdimatı keçirilmişdir. Təqdimat “Elektron Hərrac” sisteminin Layihə rəhbəri Nurlan Həsənli tərəfindən keçirilmişdir. Layihə rəhbəri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal […]
Azərbaycan Banklar Assosiasiyasının “İnsan resurslarının idarə olunması” Ekspert Qrupunun təşkilatçılığı və “Ziraat Bank Azərbaycan” ASC-nin dəstəyi ilə 15 may 2020-ci il tarixində “Xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının işə adaptasiyası” mövzusunda “Zoom proqramı” üzərindən ABA-ya üzv bankların əməkdaşları üçün onlayn seminar təşkil edilmişdir. Seminar “Ziraat Bank Türkiyə”nin İnsan Resursları Qrupunun rəhbəri Dr. İlker Met tərəfindən keçirilmişdir. Seminarda Koronavirus infeksiyasının […]
12 may 2020-ci il tarixində Avrasiya Əməkdaşlığı Maliyyə-Biznes Assosiasiyasının İdarə Heyətinin üzv ölkələri və digər ölkələrin nümayəndələrinin iştirakı ilə “Pandemiya şəraitində kredit təşkilatlarının işinin xüsusiyyətləri” mövzusunda videokonfrans keçirilib. Müzakirə predmeti olaraq işçilərin məsafəli işinin təşkili, distant komandaların formalaşdırılması, bank müştərilərinə xidmət üçün metod və proseslərin dəyişdirilməsi, əsas bank əməliyyatlarının təşkili, onların fasiləsizliyi və təhlükəsizliyinin təmin […]
15 may 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun onlayn görüşü keçirilib. Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daxili Audit departamentinin baş auditoru Ramil Hacıbalayevin çıxışı ilə davam edib. İclas zamanı bankda agile prosesinin, pandemiya krizis dövründə audit […]