02 və 05 oktyabr 2020-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclasları keçirilmişdir. İclas zamanı bankların Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürmələri və digər əlaqədar məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ […]
Məlum olduğu kimi, cəbhə xəttində gərgin döyüşlər davam edir və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz düşmənin uzun illər boyu işğal altında saxladığı dədə-baba torpaqlarımızı erməni vandallarından təmizləyərək Bayrağımızı dalğalandırır. Düşmən çaşqınlıq içində öz əsl simasını bir daha göstərərək yaşayış məntəqələrini, mülki əhalimizi atəşə tutur, qadın və uşaqları […]
Azərbaycanın və qonşu dövlətlərin ərazi bütövlüyünə göz dikən və onilliklər boyu tarixi saxtalaşdıraraq qeyri-sağlam düşüncə tərzinə əsaslanmaqla işğalçılıq və separatçılığı öz dövlətinin başlıca siyasətinə çevirmiş erməni vandalları növbəti dəfə, 27 sentyabrda ölkəmizə qarşı hərbi təxribata əl atmış, döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə məruz qoyaraq dinc sakinlərimizi qətlə yetirmiş, mülki obyektlərimizə zərər vurmuşlar. Ali […]
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) […]
Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən […]