Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası onlayn müzakirələrin keçirilməsinə başlayıb

30 mart 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq”  və “Marketinq və PR” üzrə Ekspert Qruplarının rəhbərləri Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə onlayn müzakirə keçirmişdir. Müzakirələrin əsas mövzusu cəmiyyətin rəqəmsal ödənişlər, xüsusilə də təmassız ödənişlər və elektron ticarət əməliyyatları üzrə daha da maarifləndirilməsi, bu sahədə videoçarx və animasiyaların […]

Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaranmasının 30 illik yubileyidir

Bu gün Azərbaycan Banklarının ictimai birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaradılmasının və fəaliyyətinin 30 illiyi qeyd olunur. Hazırda ABA-nın banklar və üç bank-olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC olmaqla 33 üzvü var. ABA üzv təşkilatların birgə korporativ maraqlarını təmsil edən, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, […]

Koronavirusdan qorunmaq üçün ödənişlərinizi nağdsız qaydada edin

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya olaraq elan edilmiş COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını daha da azaltmaq üçün ödənişlərin nağdsız qaydada POS-terminallar vasitəsilə həyata keçirilməsi tövsiyə olunur. POS-terminallarda ödənişin həyata keçirilməsi qaydası ilə videoçarxdan tanış ola bilərsiniz:

Azərbaycan Mərkəzi Bankı ödəniş kartlarının istifadə müddətininin artırılmasına icazə verib

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir: “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bankların filial və şöbələri vasitəsilə bank-müştəri münasibətlərinin minimallaşdırılması zəruridir. Bununla əlaqədar olaraq banklar tərəfindən istifadə müddəti cari ilin mart – may ayları ərzində başa çatan ödəniş kartlarının istifadə müddəti 2020-ci ilin iyul ayına […]

“Biz aşağı neft qiymətlərinə indi daha yaxşı hazırıq” – BANK SƏDRİ

Salam, Şakir müəllim. Bizimlə görüşməyə vaxt ayırdığınız üçün çox sağ olun. Söhbətimizi ümumi bir sualla başlamaq istərdim – koronavirus COVID-19 enerji daşıyıcılarının dünya qiymətlərinə, səhm bazarına və bütünlükdə dünya iqtisadiyyatına necə təsir göstərmişdir? Salam.Yeni növ koronavirus COVID-19 dünya iqtisadiyyatına artıq öz təsirini göstərmiş və çox mənfi təsir etməkdə davam edəcəkdir. Dünyanın əksər ölkələrində epidemiyanın qarşısını […]

MÜDDƏT