Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait fondun hesabına köçürülüb. Bununla yanaşı, Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını da fonda ianə edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödənişlərin və ianələrin sayı artmaqdadır. Həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, […]
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni […]