Xəbərlər

Müddət

Mərkəzi Bankın məlumatı: Bayram günlərində kommersiya banklarının fəaliyyəti məhdudlaşdırılacaq

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir. Bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Lakin ixrac və idxalın fasiləsizliyini […]

Nağdsız ödənişlərin COVİD-19 virusu ilə yoluxma təhlükəsini azaltmasına dair Azərbaycan Banklar Assosiasiyasının tövsiyələri

Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir. Bu səbədən, xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin […]

Mərkəzi Bankda vətəndaşların müraciətlərinin qəbulu rejiminə dəyişikliklər edilib

Azərbaycan Republikasının Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə 16.03.2020-ci il tarixində verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılmışdır. Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə görüşü keçirilmişdir

13 mart tarixində Azərbaycan Respuiblikası Mərkəzi Bankında rəqəmsal ödənişlərin genişləndirilməsi mövzusunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktorunun və “Ödəniş sistemləri və rəəqmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələrinin birgə iştirakı ilə görüş keçirilmişdir. Görüşün əsas müzakirə mövzusunu “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ABA və Ekspert Qrupu tərəfindən elektron ödəniş […]

Əmanətlərin tam sığortalanması müddətinin uzadılması barədə məlumat açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət etmiş, 13 mart 2020-ci il tarixində yeni tərkibdə fəaliyyətə başlayan Milli Məclisin ilk iclasında müzakirə edilən məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin […]

MÜDDƏT