Azərbaycan Respublikasının Mərkəzi Bankı Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya start verir. İki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, […]
Bu məqsədlə yaradılan “İxracatçı” biznes krediti yerli məhsulların ixracı və “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması məqsədi daşıyır. Qeyd edək ki, “İxracatçı” krediti KOB-lara 36 ayadək ABŞ dolları üzrə 4,9 faiz, Azərbaycan manatı üzrə isə 13,9 faizlə verilir.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyada maliyyə texnologiyaları üzrə əsas trendlər və finteklərin ölkəmizdə tətbiqinin genişləndirilməsi mövzusunda suallara cavab verib. Dünya üzrə maliyyə texnologiyaları sahəsində cari vəziyyəti necə qiymətləndirirmək olar? İnkişafı dəqiqliyə, rasionallığa və çevikliyə dayanan maliyyə sektoru süni intellektin, insan resurslarının məhsuldarlığını artıran və […]
24 fevral 2020-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclas zamanı müzakirə edilən məsələlər sırasında“Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni sədrinin təyin edilməsi, “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və ABA-nın cari fəaliyyəti olmuşdur. İclasda “Ödəniş sistemləri və alternativ xidmət […]
25 fevral 2020-ci il tarixində kriptovalyutaların təhlükəsizliyi sahəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən “Cross” şirkəti ilə banklar arasında görüş keçirilib. Qeyd edək ki, “Cross” şirkəti 5 prosesi özündə birləşdirir: mübadilə, kriptovalyuta mədənçiliyi, divident, əsas funksiya, hesabat. Şirkətin meneceri Günel Məlikova “Kriptovalyuta sistemi” adlı təqdimatla çıxış edib. Eyni zamanda şirkətin Yaponiyada olan nümayəndələri də görüşdə iştirak […]