Xəbərlər

Müddət

ABA rəhbər heyəti Türkiyədə keçirilmiş “Ödəniş Sistemləri Zirvəsi” Forumunda iştirak etmişdirlər

26 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilmiş “Ödəniş Sistemləri Zirvəsi” Forumunda iştirak etmişdirlər. Türkiyə Banklar Birliyinin (TBB), Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) ilə birgə təşkil olunan Forumda dövlət və özəl bankların rəhbərləri, tənzimləyici qurumların və […]

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.   Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.   Stress testlərinin optimallaşdırılması və modelləşdirilməsi, BASEL III-ə […]

Azərbaycan Banklar Asssosiasiyasının 35 illik yubileyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

24–25 iyun 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil edilən “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində ABA-nın 35 illik yubileyinə həsr olunmuş poçt markalarının möhürlənməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev yubiley markasının rəsmi […]

Regionun nüfuzlu bank-maliyyə tədbiri olan “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” başa çatdı

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” öz işini yekunlaşdırıb. “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunan bu beynəlxalq Sammit, regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması […]

Azərbaycan Banklar Asssosiasiyası ilə Qazaxstan Maliyyəçilər Assosiasiyası arasında “Əməkdaşlıqa dair” Memorandum imzalanmışdır

24–25 iyun 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil edilən “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində ABA və Qazaxstan Maliyyəçilər Assosiasiyası arasında “Əməkdaşlıqa dair” Memorandum imzalanmışdır. Memorandum Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Qazaxstan Maliyyəçilər Assosiasiyasının (QMA) sədri Elena Baxmutova tərəfindən imzalanmışdır. Memorandum iki Assosiasiya arasında qarşılıqlı, faydalı əməkdaşlıq vasitəsilə tərəflərin […]

MÜDDƏT