AzTv-nin efirində yayımlanan “Əsas məsələ” verilişində Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev qonaq olub. Veriliş zamanı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin toxunduğu məqamlar müzakirə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Mir Şahinin vaxtı”nın qonağı olub. V.Qasımlı Prezidentin Davos görüşlərini, ölkədə iqtisadi artım tempi, insan kapitalının, real sektorun inkişafı, pul kredit siyasətinə dair sualları cavablandırıb.
3 fevral 2020-ci il tarixində “Unibank” KB ASC-nin mərkəzi ofisində ABA-nın nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı “Azərbaycan Respublikası Mülki Məcəllə”sinə, “Valyuta tənzimi haqqında” Qanuna və “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair əlavə və dəyişikliklər, müzakirə edilib, rəy və təkliflərin müvafiq dövlət qurumlarına göndərilməsi qərara […]
31 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri – hüquqşünas və maliyyəçi ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur xanım Sabitova, Məhkəmə Ekpsertiza Mərkəzinin direktoru Fuad Cavadov, Mərkəzin İqtisadi ekspertizalar şöbəsinin müdiri Fuad Məmmədov […]
27 yanvar 2020-ci il tarixində Bank Ombudsmanı İkram Kərimov və Məsul katib Elçin Həsənov ilə Dünya Bankının dəstəyi ilə ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertlər – Rumıniyanın “AG” şirkətinin mediatoru cənab Constantin–Adi Gavrila və Mübahisələrin alternativ həlli üzrə müstəqil ekspert – mediator Ruslan Mirzəyev arasında görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycanda mediasiya […]