Xəbərlər

Müddət

“Arxiv işi üzrə” İşçi Qrupunun ilk onlayn iclası keçirilmişdir

12 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yeni yaradılmış “Arxiv işi üzrə” İşçi Qrupunun “Zoom proqramı” üzərindən ilk onlayn iclası keçirilmişdir. Əlavə edək ki, ABA-nın nəzdində fəaliyyət göstərən digər qrupların məqsədyönümlü və effektiv nəticəyə əsaslanan fəaliyyətini nəzərə alaraq, arxiv işinin təşkili ilə bağlı İşçi Qrupun yaradılması haqqında qərar üzv bankların təklifi əsasında […]

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və əməşdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib. Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı Ulu Öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan […]

ABA-nın icraçı direktoru Yunus Abdulov FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində çıxış edib

05 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov ABA ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində çıxış etmiş, açılış nitqindən sonra birinci panel olan “VISA Xüsusi Sessiyası: Maliyyənin Gələcəyi: Rəqəmsal transformasiya və innovasiya” panelinin moderatoru olmuşdur. Paneldə Visa […]

ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT-in eksperti ilə görüşü təşkil edilmişdir

04-05 dekabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyət) təşkilatının ölkəmizdə işgüzar səfərdə olan komplayens eksperti Steven Palstermans ilə görüşü keçirilmişdir. Görüş çərçivəsində SWIFT-in “Transaction Screening” (TSS), “Payment Control Service” (PCS), “KYC Registry” və digər əlaqəli xidmətləri barədə ekspertlər ilə müzakirələr aparılmışdır. Əlavə edək […]

ABA-nın prezidenti FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində açılış nitqi ilə çıxış edib

05 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABA ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində açılış nitqi ilə çıxış edib. Onun sözlərinə əsasən türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin, həmçinin onların bank sektorlarının bir təşkilat altında […]

MÜDDƏT