31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olmuşdur. İclasda ABA-nın “Marketinq və […]
Hazırda Azərbaycanda 30 kommersiya bankı var. Bu bankların filiallarına gün ərzində yüzlərlə vətəndaş müraciət edir. Vətəndaşların bank əməkdaşlarına özləri barədə təqdim etdikləri sənədlər və məlumatlar əsasında onlara hesablar açılır, kreditlər verilir və digər bu kimi bank xidmətləri göstərilir. Vətəndaşların bank əməkdaşlarına özləri barədə təqdim etdiyi məlumatların heç də hamısı bank tərəfindən dəqiqləşdirilə bilmir. Məsələ ilə […]
19 iyul 2019-cu il tarixində “Unibank” ASC-nin Baş ofisində ABA-nın nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsinə dair qanun layihəsi müzakirə edilib. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları […]
Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2019” tədbiri keçirilib. 2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir bu dəfə “Yeni Başlanğıclara” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub. Tədbirin videosunu sizə […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və ABA-nın nəzdindəki “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri ilə “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri Eltəkin Rəhimov, Teymur Ağakişiyev və “Visa İnc.” beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər […]