18 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasın gündəliyində Qrupun tərkibinin yenidən formalaşdırılması, gələcək fəaliyyət istiqamətləri və digər məsələlər olub. İclasda ilk olaraq Qrupun yeni tərkibi təsdiq olunub. Qrupun yeni sədri qismində “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirovun namizdəliyi irəli sürülüb və […]
Mən səyahətçinin Azərbaycana və ya onun paytaxtı Bakıya qəfildən teleportasiya edilməsini görmək istəyərdim. Mənə o səyahətçinin olacağı yeri, ölkəni və mədəniyyəti tanıyıb-tanımayacağı maraqlıdır, – Vladimir Vasiç, Serbiya Banklar Assosiasiyasının Baş Katibi dedi. Aşağıdakılar Vladimir Vasiçin Azərbaycana səyahəti ilə bağlı təəssüratlarıdır: Mənim Azərbaycan haqqında olan ilk təəsüratlarım onun universallığına, hər hansı bir formada olan müxtəlifliyinə aiddir. […]
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) növbəti uğura imza atıb. Belə ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib. Palata tərəfindən “Bank hesablarının açılması, aparılması və […]
12 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun Mərkəzi Bankda görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında nəzərdə tutulan Ani Ödənişlər Sistemi (AÖS) ilə bağlı müzakirə aparılmışdır. Görüşdə Mərkəzi Bank rəsmilərilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Monitorinqi Xidmətinin rəsmiləri də iştirak etmişdir.
Bir neçə gün öncə milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmişdi. Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqov bu qərarı zəruri edən amillərdən danışıb: