19 aprel 2019-ci il tarixində AFB Bankın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər. İclasda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən Avropa Pul Viktorinasının Milli Mərhələsinin qalib komandaları mükafatlandırılıb. Belə ki, ABA-nın prezidenti Zakir Nuriyev ilk 3 yeri tutmuş komandaların iştirakçılarını və valideynlərini qəbul edərək 6 nəfərə sertifikat təqdim edib. Bunlar 3-cü yer qalibləri İsa İbrahimov, Mələk Sahibzadə, 2-ci yer qalibləri Ruslan Hacıyev, Azər Həşimov […]
Banklar tərəfindən 22 aprel 2019-cu il tarixindən etibarən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılacaq. Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” […]
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və […]
Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə əsasən KOBİA, Maliyyə Bazarlarına […]