Xəbərlər

Müddət

Problemli kreditlərin həlli ilə bağlı Fərman-VİDEO

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” haqqında danışıb. Videonu diqqətinizə çatdırırıq.

“Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirilib

Sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaq məqsədilə Azərbaycan Banklar Assosiasiyası Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə  “Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirib. […]

“Agile management” mövzusunda təqdimat keçirilib

14 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə bankların İnsan Resursları Departamentinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil edilib. Səhər yeməyi zamanı “Agile management” mövzusunda müzakirələr aparılıb. Müzakirələrin moderatoru çevik idarəetmə üzrə proffesional koaç Nərminə Hüseynzadə olub. Həmçinin Nərminə Hüseynzadə “Agile management” mövzusunda təqdimatla çıxış edib və […]

“ASAN Xidmət” və banklar arasında görüş keçirilib

13 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar üzrə  Dövlət  Agentliyi (ASAN) ilə bank nümayəndələri arasında görüş keçirilib. Görüşün əsas məqsədi 108  “Çağrı” mərkəzi  (Mərkəz) və Mərkəzin göstərdiyi “Outsourcing” fəaliyyəti ilə tanışlıq və bankların  zəng  mərkəzlərinin  yaradılması  və  təkmilləşdirilməsi  üçün geniş imkanların təklif edilməsi olub. Görüşü giriş […]

Asiya İnkişaf Bankı nümayəndələri ilə ABA arasında görüş keçirilib

12 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Asiya İnkişaf Bankı regional nümayəndəliyi arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktor Yunus Abdulov, həmçinin Asiya İnkişaf Bankının yerli nümayəndəsi Nail Vəliyev və qurumun digər nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycanda bank sektorunun maliyyə vasitəçiliyi rolunun artırılması imkanları, həmçinin regionlarda maliyyə savadlılığı […]

MÜDDƏT