Xəbərlər

Müddət

ABA-nın Ekspert Qrupları mükafatlandırılıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər. Qiymətləndirməyə əsasən, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu I yerə layiq görülüb. Mükafatı qrupun sədri, “Ata Holding” MMC-nin Hüquq Departamentinin direktoru Qorxmaz Ağayev qəbul edib. II yeri isə “Ödəniş sistemləri […]

ABA-nın Ekspert Qrupu ilə Maliyyə Monitorinqi Xidməti arasında görüş keçirilib

17 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun təşəbbüsü ilə bank nümayəndələri və Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə əlaqədar bankların sualları cavablandırılıb […]

ABA-nın Rəyasət Heyətinin iclası keçirilib

14 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda Özəl Kredit Bürosunun yaradılması ilə bağlı məsələlər, Bank Ombudsmanının Reqlamentinə əlavə və dəyişikliklərin təsdiqi, girovun realizasiyası prosesinin təkmilləşdirilməsi üzrə işlər və gündəlikdə olan digər müzakirə edilib. Həmçinin iclasda ABA-nın nəzdində yaradılan Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin […]

“Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçirilib

5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçirilib. Konfransa açılış nitqi ilə start verən IFC-nin nümayəndəsi Teymur Heybətov bildirib ki, daşınar əmlakın yüklülüyü ilə əlaqədar reyestrin yaradılması ölkədə kiçik və orta sahibkarların (KOS) maliyyə resurslarına çıxışının təkmilləşdirilməsinə xüsusi […]

ABA-nın “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib

07 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Qrupun İş Planına uyğun görülməli işlər, eyni zamanda cari vəziyyətlə əlaqədar məsələlər müzakirə edilib. Həmçinin iclasda nağdsız əməliyatların stimullaşdırılması məqsədilə fərdi sahibkar və hüquqi şəxs müştərilərin hesabları üzrə aparılan nağd əməliyyatlara nəzarətin gücləndirilməsi ilə əlaqədar məsələlər […]

MÜDDƏT