Xəbərlər

Müddət

İpoteka krediti verən banklar iclas keçirib

7 dekabr 2016-cı ildə Azərbaycan Banklar Assosiasiyasının “İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu”nun iclası keçirilib. İclasda qrup üzvlərindən əlavə İpoteka Fondunun digər müvəkkil banklarının nümayəndələri də iştirak ediblər. Tədbir də ipoteka kreditləşməsi zamanı bankların və müştərilərin qarşılaşdıqları problemlər haqqında müzakirələr aparılıb. Gündəmdə olan əsas məsələ sökülməsi planlaşdırılan və ipoteka üzrə girovda olan evlərin taleyi […]

İFC-nin fərdi borclanma ilə əlaqədar sorğusunun nəticələri ABA-nın Eskpert Qrupuna təqdim olunub

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) təşəbbüsü ilə “Azərbaycanda Ev Təsərrüfatlarının Borcluluğu ilə bağlı ikinci Sorğu” təşkil edilmişdir. Bu sorğunun nəticələrinin açıqlanması üçün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. İclasda Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və risk üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak edib. […]

İlk Bankçılıq Forumu keçirilib

24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adı altında ilk Bankçılıq Forumu keçirilmişdir. Forumda maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər də […]

“ABA” tərəfindən “BANK FORUMU” keçiriləcək

24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən Bank Forumu keçiriləcək.  “Post-neft dövründə bankçılıq perspektivləri” adlı Forumun məqsədi maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır. Forum dörd paneldən ibarət olacaq: “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya”; “Böhran şəraitində bankların idarə […]

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir

08.11.2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas çərçivəsində yaradılacaq özəl kredit bürosu ilə bağlı məsələlər müzakirə edilmiş, mövzu ilə əlaqədar qərarlar qəbul edilmişdir. Həmçinin iclasda gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

MÜDDƏT