Xəbərlər

Müddət

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə Azərbaycan Bank sektoru adından müraciət

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə Azərbaycan Bank sektoru adından müraciət Möhtərəm Cənab Prezident, Müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş və beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Sizin rəhbərliyiniz […]

Problemli kreditlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı-VİDEOMÜSAHİBƏ

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov “Azərbaycan Televiziyası”nda Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı geniş şərh ediblər. Videonu diqqətinizə çatdırırıq:

“Banklararası Boulinq Çempionatı-2019” keçirilib

23 fevral 2019-cu il tarixində Azərbaycan banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Banklararası Boulinq Çempionatı-2019” keçirilib. Çempionatda 19 bankı təmsil edən komandalar iştirak edib. Boulinq Çempionatı 3 turdan ibarət olub. Son nəticələrə görə, “NBCBank” ASC 1-ci, “Muğanbank” ASC“ 2-ci, Azərbaycan Beynəlxalq Bankı” ASC 3-cü yerə layiq görülüb. Qalib komandalar uduş fondunda təyin edilən hədiyyələr və kubokla […]

ABA rəhbərliyi və beynəlxalq ekspert arasında görüş keçirilib

21 fevral 2019-cu il tarixində Azərbaycan maliyyə vasitəçilərinin rəhbərləri və digər mühüm vəzifələr üçün peşə tələblərinin və onların ölçülməsi alətlərinin hazırlanması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən dəvət olunmuş beynəlxalq ekspert  Mariola Szymańska-Koszczyc ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş baş tutub. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, MBNP nümayəndələri […]

MÜDDƏT