Xəbərlər

Müddət

Birincilik Unibankdadır  

07 may 2016-cı il tarixdə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi çempionat”ın finalı keçirilmişdir. Çempionat 29 apreldən başlamış və ümumilikdə 82 bank əməkdaşının iştirakı ilə keçirilmişdir. Gərgin yarışmanın sonunda Unibank ASC-nin əməkdaşı Mənsimli Rəsul 1-ci yeri qazanmışdır. İkinci […]

“Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası

04 aprel 2016-cı il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı ödəniş kartları ilə ölkə daxilində həyata keçirilən əməliyyatların maya dəyərinin aşağı salınması və bununla da kartlarla nağdsız hesablaşmaların aparılması üçün daha əlverişli şərtlərin təqdim olunması məqsədilə interçeync haqqlarının (emitent bankın xərclərinin qarşılanması məqsədilə ödənilən haqq) […]

Kredit işi və risk üzrə Ekspert Qrupunun görüşü

ABA-nın nəzdində fəaliyyət göstərən Kredit işi və risk üzrə Ekspert Qrupu üçün işküzar səhər yeməyi təşkil edilmişdir. Görüşü giriş sözü ilə açan Qrupun sədri, Accessbank ASC-nin Mikro Kreditlər/Kredit Bek Ofisi üzrə İcraçı direktoru Tariyel İsmayılov Qrupun fəaliyyəti və görüləcək işlər barədə ümumi məlumat verdikdən sonra müzakirələr başlamışdır. Görüşdə iştirak edən Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev […]

Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun iclası

ABA-nın nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun 2-ci iclası keçirilib. Qrupun rəhbəri, PAŞABank ASC-nin Komplayns Departamentinin direktoru Anar Kərimov iclası giriş sözü ilə açaraq Qrupun 2016-cı il üzrə İş Planına uyğun görülməli işlərin prioritet qaydada sıralanması məsələsini müzakirə edib və may ayında Qrupun keçirəcəyi Konfransın gündəliyi barədə üzvlərə məlumat verib. Qərara alınıb ki, […]

ABA-nın Rəyasət Heyəti AMB və Neft Fondunun…

28 aprel 2016-cı il tarixdə ABA-nın Prezidenti və Rəyasət Heyətinin bəzi üzvləri ilə AR Mərkəzi Bankının rəhbərliyi arasında görüş keçirilmişdir. Görüş zamanı bank sektorundakı cari vəziyyət, qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır. Həmçinin, 29 aprel tarixində ABA-nın Prezidenti ilə AR Neft Fondunun İcraçı direktoru arasında görüş keçirilmişdir. Görüşdə valyuta hərraclarının keçirilməsi və […]

MÜDDƏT