Xəbərlər

Müddət

Banklar arasında ilk Şahmat Çempionatı başlayıb

29 aprel 2016-cı ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı”nın açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən ABA-nın Rəyasət Heyətinin üzvü və “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev 17-30 sentyabr 2016-cı […]

“ABA İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyət göstərməyə hazırdır”

Aprelin 25-də ilk dəfə “Sahibkarlar Günü” qeyd edilməsi ilə əlaqədar olaraq keçirilən Konfransdakı çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev iqtisadiyyatdakı kredit yükü ilə bağlı görülməli olan işlər haqqında danışmışdır. Dünyanın ölkələrinin iqtisadiyyatlarındakı kredit yükü ilə bağlı müqayisəli təhlil verən Z. Nuriyev Azərbaycan iqtisadiyyatı üçün bu yükün optimal səviyyəsinin müəyyənləşdirilməsinin vacibliyini tədbir iştirakçıların […]

ABA-nın Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin üzvləri qonaq qismində iştirak etmişlər

Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin sədri Ziyad Səmədzadə, sədr müavini Ağalar Vəliyev və üzvü İlham Əliyev qonaq qismində iştirak etmişdir. Görüşü giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev qlobal konyukturda baş verən proseslər və neftin qiymətinin kəskin enməsi fonunda Azərbaycan iqtisadiyyatının post-neft dövrünə daxil […]

ABA-nın nəzdində fəaliyyət göstərən Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun ilk iclası keçirilmişdir

Qrupun fəaliyyətinin  koordinasiyasını ABA-nın Rəyasət Heyətində təmsil olunan “Bank Respublika” ASC öz üzərinə götürmüşdür. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvlərilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “Bank Respublika” ASC-nin Maliyyə departmentinin direktoru Ruslan Qasımova həvalə edilmişdir. İclasda daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq sahəsində mövcud təcrübələr, bankların qarşılaşdığı problemlər və digər […]

İşgüzar səhər yeməyi

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən 9 Ekspert Qrupundan 1-i olan “Tədris Strategiyaları, Maliyyə Savadlığı və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilmişdir. Tədbirdə “Böhran zamanı insan resurslarının idarə edilməsi” mövzusunda geniş fikir mübadiləsi aparılmışdır və Azərbaycan Bank Tədris Mərkəzinin direktoru cənab Cavanşir Abdullayev təqdimat etmişdir.

MÜDDƏT